Bu gün Səməd Səmədovun doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Səməd Səmədovun doğum günüdür

14:29 - 17 / 09 / 2024
Bu gün Səməd Səmədovun doğum günüdür

Sentyabrın 17-si estradamızın sevilən müğənnisi Səməd Səmədovun doğum günüdür.

1news.az xatırladır ki, Səməd Səmədov 1946-cı ildə Aşqabadda anadan olub. 1948-ci ildə baş verən zəlzələdən sonra ailəsi ilə birlikdə Bakıya, İçərişəhərə köçüb.

Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına musiqi məktəbinin nəzəriyyə sinfinə daxil olub.

1988-ci ildən Səməd Səmədov toylarda çıxış etməyə başlayıb.

O, 1992-ci ildə Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şeirinə bəstələdiyi mahnını ifa etdikdən sonra populyarlıq qazanıb.

2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov ən populyar toy müğənnisi olub. "Toylar kralı" adını isə Səməd Səmədova Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib.

2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüseri olduğu "Ulduzlar Bağı"nda Səməd Səmədovun ulduzu qoyulub.

O, müstəqil "Qrant" Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının ifaçısıdır. Beş albomu, 20 klipi var.

Səməd Səmədov 12 sentyabr 2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

Müğənni 24 iyul 2021-ci ildə, 74 yaşında, koronavirus ağırlaşmasından sonra sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.

Paylaş:
143

Son xəbərlər

Hərbi qulluqçular İkinci Şəhidlər xiyabanını ziyarət ediblərBu gün, 10:48Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilibBu gün, 10:33Polisin tələbinə əməl etməyən sürücü həbs edilibBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:11Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün əməkdaşlığı genişləndirirBu gün, 10:06Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblarBu gün, 10:00“Əsrin müqaviləsi” suverenliyimizin təminatçısıdırBu gün, 09:59Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 09:53Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi”Bu gün, 09:4919 sentyabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:40“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb - FOTOBu gün, 09:32Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:30Azərbaycan ərazisində sepatizmə son qoyan antiterror tədbirlərinin ildönümüdürBu gün, 09:24Xəzər dənizində 4 bal gücündə zəlzələ olubBu gün, 09:09Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHIBu gün, 08:56Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29
Bütün xəbərlər