“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib

Qafar Ağayev13:37 - 18 / 09 / 2024
“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin təsis etdiyi “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi seçilib.

1news.az xəbər verir ki, “4Sİ Akademiyası” süni intellekt sahəsində bilik və bacarıqların əldə olunmasını fəal təbliğ etdiyinə, əmək bazarında ixtisaslı kadrların hazırlanması, rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, innovativ həllərin tətbiqi üzrə verdiyi töhfələrə görə “Coursera”nın tərəfdaşı olan 42 ölkə tərəfindən təqdim edilən 180-dən çox layihə arasından seçilərək mükafata layiq görülüb.

Mükafat sentyabrın 17-də ABŞ-nin Las Veqas şəhərində keçirilən “Coursera Şəbəkə Konfransı” çərçivəsində “Coursera”nın həmtəsisçisi və sədri, Stenford Universitetinin professoru Endryu İn tərəfindən 4SİM-in icraçı direktoru Fariz Cəfərova təqdim edilib. F.Cəfərov konfransda “4Sİ Akademiyası” haqqında təqdimatla çıxış edib və layihənin uğur hekayəsini iştirakçılarla bölüşüb.

Bildirilib ki, “4Sİ Akademiyası”nın məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihə çərçivəsində 1 il ərzində ölkə üzrə 10 min nəfər “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanıb. İstifadəçilər 4Sİ texnologiyaları, süni zəka, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya, biznes, idarəetmə və digər istiqamətlərdə 32 min saatdan çox video mühazirəyə qatılıblar. Təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər. Layihənin “Milli Proqram” şəklində davam etdirilməsi nəzərdə tutulub. Bu mərhələdə 200 min vətəndaşımıza 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradılacaq.

Dünya üzrə ən populyar tədris platforması olan “Coursera” hər il insan kapitalının inkişafı üzrə mühüm nailiyyətlər əldə edən tərəfdaşlara “Üstün Nailiyyət Mükafatı” təqdim edir. Seçim zamanı təhsil platformasında onlayn təhsilə cəlb edilənlər və əldə edilmiş beynəlxalq sertifikatlar, qazanılan yeni biliklər əsasında karyerasında yüksələnlərin sayı və digər göstəricilər əsas götürülür.

Paylaş:
150

Son xəbərlər

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31
Bütün xəbərlər