QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO

Qafar Ağayev17:37 - 18 / 09 / 2024
QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO

Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla görüşüb.

QDF-dən 1news.az-a verilən məlumata görə, görüşdə iki qurum arasında əməkdaşlıq, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov rəhbəri olduğu qurumun son illərdəki fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərlə bağlı geniş məlumat verib.

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Qarabağ Dirçəliş Fondu da dövlət başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında məhz bu işlərə dəstək vermək məqsədilə yaradılıb.

QDF-in fəaliyyətindən danışan İdarə Heyətinin sədri, xüsusi olaraq Fond tərəfindən və onun sifarişi ilə işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın, tarixi və dini abidələrin bərpası istiqamətində həyata keçirilən layihələrlə bağlı geniş məlumat verib.

Qarabağın bərpasına töhfə vermək, eyni zamanda ölkəmizdə ianəçiliyin və insanlar arasında sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan “Dirçəliş Kuboku” adlı xeyriyyə minifutbol turnirinə verdikləri dəstəyə görə TƏBİB rəhbərinə təşəkkürünü bildirən Rəhman Hacıyev diqqətə çatdırıb ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Görüş zamanı iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi, səhiyyə işçiləri arasında ianəçilik mədəniyyətinin təşviq olunması və digər məsələlərlə bağlı da müzakirələr aparılıb.

Görüşün sonunda tərəflər konkret layihələrin hazırlanması ilə bağlı işlərə başlanması barədə razılığa gəliblər.

Paylaş:
125

Son xəbərlər

Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18
Bütün xəbərlər