Tam yeni “Lexus GX”: Yolların yeni hökmdarı! - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tam yeni “Lexus GX”: Yolların yeni hökmdarı! - FOTO - VİDEO

10:01 - 18 / 09 / 2024
Tam yeni “Lexus GX”: Yolların yeni hökmdarı! - FOTO - VİDEO

"Lexus GX" modeli, tamamilə yenilənmiş üçüncü nəsil versiyası ilə premium sinif avtomobil bazarında öz zirvəsini möhkəmləndirir.

11 illik gözləntidən sonra təqdim edilən bu yeni "GX" bir sıra möhtəşəm yeniliklər və texnoloji üstünlüklər təqdim edir.

Azərbaycanda təqdim edilən "Lexus GX", 3.5 litrlik, 6 silindrli twin-turbo benzin mühərrik ilə təchiz olunacaq. Bu mühərrik 354 at gücünə və 10 pilləli avtomatik sürətlər qutusuna sahibdir. Bundan əlavə, "GX" öz sinfində ən yüksək dartma gücünü – 3.5 ton yedəkləmə qabiliyyətini təmin edir.

Eksteryer Dizaynı

Yeni Lexus GX, Lexusun qlobal GA-F platforması üzərində qurulub. Bu platforma sayəsində avtomobil köhnə nəsillə müqayisədə 20% daha möhkəm kuzova malikdir və ən aşağı NVH (səs və vibrasiya) göstəriciləri ilə fərqlənir.

Yeni GX-in eksteryeri üfüqi dizayn motivinə əsaslanır. Radiator barmaqlığı avtomobilin ümumi dizaynına uyğun şəkildə hazırlanıb. Bamper kənarlarının yuxarı qaldırılması, yolsuzluq şəraitində zədələnmənin qarşısını almaq üçündür. Kapot hissəsinin alçaq olması sürücülərə daha geniş görüntü bucağı təmin edir. Avtomobil üç proyeksiyalı LED ön fənərlərə malikdir ki, bu da çətin şəraitlərdə zədələrdən qorunma məqsədi daşıyır. GX, həmçinin Blade Scan texnologiyası ilə təchiz olunub.

Yeni GX-in ölçüləri əvvəlki nəsillə müqayisədə daha böyükdür: ümumi uzunluq 70 mm, hündürlük 35 mm, təkər bazası isə 60 mm artıb. Yan tərəfdə axıcı, üfüqi xətlər avtomobilin güclü və stabil görünüşünü təmin edir. Elektriklə idarə olunan ayaqaltılar avtomobil 5 km/s sürətə çatdıqda avtomatik olaraq qatlanır və qapılar açılarkən yenidən açılır. GX-in təkərləri 20 və 22 düymlük müxtəlif ölçülərdə təklif olunur.

Avtomobilin arxa hissəsində yüksək yerləşdirilmiş LED işıqlandırmalar var ki, bunlar dumanlı hava şəraitində mükəmməl görünürlük təmin edir. Baqaj qapısı ağıllı texnologiya ilə təchiz edilib və aşağı tavanlı qarajlarda qapının açılma dərəcəsi avtomatik olaraq tənzimlənə bilir.

İnteryer Dizaynı

Lexus GX-in interyeri insan mərkəzli dizayn yanaşmasına əsaslanır. Dizaynerlər, qaranlıq meşənin ortasında yerləşən müasir və rəqəmsal bir evdən ilhamlanaraq, GX-in iç məkanını yaratmışlar. İnteryerin yaradılmasında rahatlıq və müasirlik əsas götürülüb.

Bu modeldə Lexusun eksklüziv Tazuna kokpiti istifadə olunub. Bütün düymələr və multimedia ekranları sürücü yönümlü bucaq altında dizayn edilib. Bununla da əsas məqsəd sürücünün diqqətini daim yolda saxlamaqdır.

GX-in əsas diqqət çəkən interyer xüsusiyyətlərindən biri 14 düymlük sensor ekran və 12.3 düymlük rəqəmsal kombimetrdir. Həmçinin, 10 düymlük yüksək dəqiqlikli proyeksiya ekranı (HUD) da mövcuddur. Öndə və arxada USB-C girişləri ilə təchiz edilmiş avtomobil, arxa sərnişinlər üçün yüksək gücdə (15W) şarj imkanı təmin edir.

Lexus GX-in lüks modellərində Mark Levinson səs sistemi mövcuddur ki, bu da 21 dinamik ilə mükəmməl səs keyfiyyəti təqdim edir. Oturacaqlar 10 fərqli hissəyə tənzimlənir və perforasiyalı dizaynı avtomobilin ön radiator barmaqlığına uyğun şəkildə hazırlanıb.

Yolsuzluq Texnologiyaları

"Lexus GX", çətin yolsuzluq şəraitində üstün performans üçün Overtrail komplektasiyası ilə təchiz olunmuşdur. Bu paketdə ön bamperin altında əlavə qoruyucu, daha yüksək klirens, qara dam relsləri və daha geniş təkərlər mövcuddur. Overtrail xüsusi yolsuzluq rejimlərinə malikdir və 18 düymlük TOYO təkərləri ilə təchiz olunub.

GX-in yolsuzluq rejimlərindən biri də Multi-Terrain Select (MTS) sistemidir. Bu sistem vasitəsilə sürücü 6 fərqli rejim arasında seçim edə bilir: Palçıq, Qum, Daş, Qar və s. Bu sistem sayəsində avtomobilin əyləc, mühərrik və asqı sistemi yol şəraitinə uyğunlaşır.

Təhlükəsizlik və Texnoloji İnnovasiyalar

Lexus GX-in təkmilləşdirilmiş təhlükəsizlik sistemləri, avtomobili hər hansı qəzadan qorumaq üçün genişlənmiş Pre-Collision System (PCS) və dinamik radar kruiz-kontrol sistemləri ilə təchiz olunub. Avtomatik yüksək şüa idarəetmə sistemi (AHB) isə sürücülərə daha rahat və təhlükəsiz gecə sürüş təcrübəsi təqdim edir.

Bu yeni Lexus GX modeli, həm rahatlıq, həm də yolsuzluq qabiliyyəti baxımından premium sinfin yeni zirvəsidir.

Reklam hüququnda

Paylaş:
255

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər