Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə müraciət edib

Qafar Ağayev11:35 - 19 / 09 / 2024
Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə müraciət edib

Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrinə müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.

Yuxarıda qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.

Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək".

Paylaş:
88

Son xəbərlər

Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33
Bütün xəbərlər