Bakı Fond Birjası yeni brend kimliyini təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Fond Birjası yeni brend kimliyini təqdim edib

Qafar Ağayev12:28 - 19 / 09 / 2024
Bakı Fond Birjası yeni brend kimliyini təqdim edib

18 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjası (BFB) yeni brend kimliyini təqdim edib.

1news.az xəbər verir ki, dəyişikliklər əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının yeni brend kimliyində vizual olmaqla yanaşı, həmçinin, yeni strategiyasının təşəbbüslərində də əks olunub. Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə münasibətlərini daha şəffaf və etibarlı şəkildə quraraq, qarşılıqlı əlaqələri yeni bir çərçivəyə salmaq niyyətini özündə birləşdirir. Bu münasibətlər də, öz növbəsində, Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmaqla yanaşı, yerli bazarda yeni imkanlar açılmasına yol açır.

Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq təşkilatlar, həmçinin xarici fond birjalarının təmsilçiləri Bakı Fond Birjasının bu vacib addımını dəstəkləyərək BFB-nin kapital bazarının inkişafında mühüm rol oynadığına dair öz fikirlərini bölüşüblər.

Növbəti gün – sentyabrın 19-da BFB-nin İdarə Heyətinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən BFB-nin İdarə heyətinin sədri Ruslan Xəlilov yeni brend kimliyinin şirkətin gələcək planları ilə necə uyğunlaşdırıldığını təqdim edib. O, sözügedən dəyişikliklərin BFB-nin yerli kapital bazarı iştirakçıları arasındakı yerini daha da möhkəmlədəcəyini vurğulayaraq bu prosesin şirkətə yeni imkanlar təqdim edəcəyini bildirib. Sonda BFB-nin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablayıb.

30 ilə yaxın təcrübəsi ilə ölkənin kapital bazarlarına töhfə verən Bakı Fond Birjasının məqsədlərindən biri də maliyyə bazarları ilə bağlı məlumatları geniş auditoriyaya daha əhatəli və əlçatan tərzdə təqdim etməkdir. Bununla da Birja, bazar iştirakçıları ilə cəmiyyət arasında şəffaf və davamlı məlumat mübadiləsinin yeni səviyyəyə çatdırılmasını hədəfləyir.

Paylaş:
172

Son xəbərlər

Pepsi dünyada 120 ölkədə vizual görkəmini dəyişərək 14 ildən sonra yeni görünüşünü təqdim edir - FOTOBu gün, 11:27“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTOBu gün, 11:01“Usta mənəm” müsabiqəsinin seçim turu başa çatdı - FOTOBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:23“akart” geniş fəaliyyətə başladı!Bu gün, 10:18Bakıda BOSS Kids Wear uşaq geyim mağazası açılıb – FOTOBu gün, 10:15Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18
Bütün xəbərlər