Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib

13:29 - 20 / 09 / 2024
Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib

Sentyabrın 20-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Türkiyədən gəlmiş kino təhsili mütəxəssisləri ilə görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimova, İstanbul Nişantaşı Universitetinin İncəsənət və dizayn fakültəsi radio, kino və televiziya bölümünün rəhbəri Burcu Kurtiş, universitetin müəllimləri Tuna Yıldırım, Ziyad Quliyev və Mustafa Çelik iştirak ediblər.

Söhbət zamanı kino sənətinin inkişafı və bu sahədə təhsilin müasir çağırışlara cavab verən tələblər əsasında yenilənməsi məsələləri müzakirə olunub. İki ölkə arasında mədəniyyətin müxtəlif istiqamətlərində, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, çağımızda kino təhsili böyük əhəmiyyət kəsb edir. Bu sahədə mütəxəssislərin hazırlanması ölkələrin mədəni və intellektual inkişafına mühüm töhfə verir.

Nazir müavini Səadət Yusifova iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinin və birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Türkiyə ilə kino sahəsində də əməkdaşlığa böyük önəm verir. Bu istiqamətdə təcrübə mübadiləsi və qarşılıqlı dəstək hər iki ölkənin kino sənayesinə müsbət təsir göstərəcək. Xüsusilə, gənc kino mütəxəssislərinin yetişdirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi və texnoloji yeniliklərin kino sənayesinə inteqrasiyası zəruridir.

Qonaqlar da kino sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihə və proqramlar artırılması, tədris prosesində beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd ediblər.

Paylaş:
405

Son xəbərlər

Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİBBu gün, 14:38Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19
Bütün xəbərlər