Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb

11:59 - 21 / 09 / 2024
Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumilikdə 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
256

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər