Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb

Qafar Ağayev16:01 - 23 / 09 / 2024
Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb

ADY-nin sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında “China Railway Express” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilən “Qlobal Tərəfdaşlarla Görüş - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda iştirak edib.

1news.az xəbər verir ki, forum çərçivəsində ADY-nin nümayəndə heyəti Çin, Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələri, həmçinin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub.

Müzakirələr üç əsas mövzunu əhatə edib:

  • Transxəzər dəhlizində sabit və güzəştli daşıma tarifləri, sürətli gömrük rəsmiləşdirilməsi və çatdırılmanın operativliyinin təmin edilməsi.
  • Marşrut boyu infrastruktur layihələrinin ircası, terminalların və stansiyaların modernləşdirilməsi.
  • Tranzit kodları üçün müraciət prosesinin sadələşdirilməsi, sənədləşmə standartlarının unifikasiyası və inteqrasiya edilmiş rəqəmsal informasiya sisteminin yaradılması.

Müzakirələrdən sonra dəmiryol rəsmilərinin hesabatları dinlənilmişdir. Hesabat sessiyası zamanı ADY-nin sədr müavini Vüsal Aslanov Orta Dəhlizin daha səmərəli, çevik və şaxələndirilmiş fəaliyyət göstərməsi üçün Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verib.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Zəngəzur dəhlizi layihələrinin təqdimatı zamanı Vüsal Aslanov BTQ-nin illik 5 milyon ton yükaşırma gücü ilə Orta Dəhlizin inkişafına mühüm təsir göstərərək regionun logistika xəritəsini dəyişdiyini, yükdaşımaların cəlbediciliyini artıraraq Avropa və Asiya arasında birbaşa və səmərəli bağlantı yaratdığını qeyd edib.

Vüsal Aslanov Azərbaycan ərazisi üzrə Zəngəzur dəhlizi layihəsinin Horadiz-Ağbənd hissəsinin 57%-nin tamamlandığını, İran İslam Respublikasının ərazisindən keçəcək hissəsinin tikintisinin isə layihələndirmə işlərinin yekunlaşmasından sonra başlayacağını bildirib.

Zəngəzur dəhlizi Orta Dəhliz üzrə tranzit marşrutlarını şaxələndirəcək, yüklərin Çin və Orta Asiyadan Avropaya çatdırılma vaxtını qısaldacaq və Xəzər dənizini keçdikdən sonra multimodal daşıma ehtiyacını aradan qaldıracaq.

Vüsal Aslanov, həmçinin Orta Dəhlizin səmərəliliyini və konteyner qatarlarının sayını artırmaq üçün ADY-nin optimallaşdırılmış tarif siyasəti və endirimlər tətbiq etdiyini bildirib. Eyni zamanda, bu istiqamətdə dəhliz iştirakçılarına təkliflərini səsləndirib, Çinin öz ərazisində yük əməliyyatları üçün subsidiyaların tətbiq etməsinin dəhlizin inkişafına təkan verə biləcəyini qeyd edib.

Hesabat sessiyasının sonunda Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunu inkişaf etdirmək və Çin Xalq Respublikasından müntəzəm konteyner qatarlarının təşkilini təkmilləşdirmək üçün Çin tərəfinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının təsis etdiyi “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə daxil olması barədə əməkdaşlıq memorandumunun imzalanması baş tutub.

Bundan əlavə tədbir çərçivəsində imzalanmış “Yüksək keyfiyyətli Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin birgə tikintisinə dair Təşəbbüs” sənədi Çin mənşəli yüklərin Avropa və Asiya bazarlarına Orta Dəhliz vasitəsilə daşınması, regionlar arasında iqtisadi, ticari və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, xərclərin optimallaşdırılması, daşınmanın effektivliyinin artırılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi, müvafiq informasiya platformasının yaradılması və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edib.

Paylaş:
128

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər