Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO
Carlsberg Azerbaijan növbəti dəfə “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyaya dəstək olub.
Sentyabrın 7-dən 21-nə qədər davam edən aksiya Xəzərin Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt və Bakı çimərliklərini əhatə edib.
Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində keçirilən aksiyanın məqsədi Azərbaycanda ekoloji vəziyyəti yaxşılaşdırmaq, əhalini təkrar emal istiqamətində maarifləndirmək və ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ etməkdir.
“Xəzəri Qoruyaq!”çərçivəsində yekun təmizlik aksiyası Bakının Novxanı çimərliyində baş tutub. 1000-dən çox könüllünün iştirakı ilə çimərlik ərazisindən 3 ton tullantı toplanılıb. Ümumilikdə isə bu il Xəzər çimərliklərinin 23 hektar ərazisindən 7 ton tullantı toplanaraq təkrar emala yönləndirilib.
Carlsberg Azerbaijan komandası da aksiyada aktiv iştirak edərək Xəzər çimərliklərinin tullantılardan təmizlənməsinə öz töhfəsini verib. Şirkət həmçinin, aksiya boyunca könüllüləri ölkədə ilk yerli istehsal olunan 0.0 alkoqollu pivəsi “Xırdalan 0.0” ilə də təmin edib.
“Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis bildirib ki, şirkət özünün qlobal “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasına uyğun olaraq fəaliyyət göstərdiyi ölkələrdə ekoloji layihələrə dəstək olur:
“Beş ildən çoxdur ki, Carlsberg Azerbaijan “Xəzəri Qoruyaq!” aksiyasının etibarlı tərəfdaşına çevrilib. Biz yaşıl dünya və sıfır tullantı naminə daha məsuliyyətli davranış yolunu seçmişik və Azərbaycanda da dayanıqlı gələcəyin təmin olunmasına öz töhfəmizi verməyə çalışırıq. Əməkdaşlarımız və dostlarımızla bu gün burada faydalı vaxt keçirdik. Xeyli miqdarda tullantı toplanıldı. İnanıram ki, birgə gələcəyimiz naminə daha çox tərəfdaşlar bu təşəbbüsə qoşulacaq”.
Carlsberg Azerbaijan ilə yanaşı aksiyanın əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola, “SOCAR Trading”, “EcoHub” ekoloji platforması “Baker Huges”, “Bakcell”, AMCHAM və “McDonald's” şirkətləri olublar.
Xatırladaq ki, 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Azərbaycan “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 15 ildir ki, bu təşəbbüsdə iştirak edir. Bu müddət ərzində Xəzər dənizinin çimərliklərinin 89 hektardan çox ərazisi təxminən 57 ton məişət tullantısından təmizlənib.
Qeyd edək ki, “Birlikdə SIFIRA doğru və daha İrəli” adlı qlobal dayanıqlı inkişaf proqramı Carlsberg Group-un 2040-cı ilə qədər bütün dəyər zənciri üzrə bir sıra istiqamətlərdə ətraf mühitə təsiri azaltmaq üçün hazırladığı strategiyadır.
Şirkət həmin strategiyaya uyğun olaraq SIFIR karbon izi, SIFIR kənd təsərrüfatı, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak, SIFIR qablaşdırma tullantısı və SIFIR bədbəxt hadisə mədəniyyəti ambisiyaları ilə davamlılıq proqramını icra edir.
Reklam hüququnda