“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib

12:02 - 23 / 09 / 2024
“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq subyektləri ilə görüşü keçirilib.

1news.az xəbər verir ki, görüş çərçivəsində İşçi Qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı və İşçi Qrupun üzvləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb və müflisləşmə sahəsində qanunvericiliyin beynəlxalq tələblərlərə uyğunlaşdırılması ilə bağlı görülən işlər barədə məlumat verilib.

Görüşdə, həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi Qrup tərəfindən görülmüş işlər, hazırlanmış yeni normativ-hüquqi aktlara dəyişikliklər barədə layihələr səsləndirilib.

Qeyd olunub ki, “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanmasına başlanılıb, bu məqsədlə Dünya Bankı tərəfindən ABŞ və Almaniyadan müflisləşmə sahəsində ixtasaslaşmış xarici ekspertlər cəlb olunub.

Eyni zamanda, hüquqi şəxslərin dövlət reyestri və vergi ödəyicisinin uçotu reyestrində müflisləşmə prosesində olan sahibkarlıq subyektlərinə dair məlumatların əks olunması məqsədilə qanunvericilik aktlarına dəyişikliklər barədə layihələr hazırlanıb.

Görüşdə bildirilib ki, rəqəmsallaşdırma sahəsində mühüm islahatlar aparılır. Belə ki, ilk dəfə olaraq “Elektron məhkəmə” informasiya sistemində hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə mövcud olan məlumatların dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edilməsi imkanı yaradılıb, müflisləşmə ilə bağlı məhkəmə işləri üzrə anonimləşdirilmiş məhkəmə qərarları və müflisləşmə sahəsində mübahisələrə dair hesabat forması “Vahid məhkəmə portalı”nda yerləşdirilib.

Eləcə də, vəkillər üçün zəruri məlumatların elektron qaydada əldə edilməsi imkanının yaradılması məqsədilə “Elektron vəkil” sisteminin “Elektron məhkəmə” informasiya sistemi ilə inteqrasiyası təmin olunub. Nəticədə Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında vəkillərin eyniləşdirilməsi, FİN və VÖEN əsasında müqavilələrin və orderlərin elektron tərtib olunması, habelə məhkəmə qərarlarının həmin sistemə elektron göndərilməsi imkanları yaradılıb.

Həmçinin vurğulanıb ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə Ədliyyə Akademiyası tərəfindən kommersiya mübahisələrinə baxan hakimlər və hakimliyə namizədlər üçün bir sıra təlimlər təşkil olunub.

Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi Qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Paylaş:
240

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər