KOBİA nümayəndələri ABŞ-da kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair bir sıra görüşlər keçiriblər | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA nümayəndələri ABŞ-da kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair bir sıra görüşlər keçiriblər

Qafar Ağayev14:25 - 26 / 09 / 2024
KOBİA nümayəndələri ABŞ-da kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair bir sıra görüşlər keçiriblər

KOB subyektləri arasında əməkdaşlığın, əlaqəli təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ABŞ-da səfərdə olublar.

KOBİA-dan 1news.az-a bildirilib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində KOBİA-nın nümayəndələri Vaşinqton və Nyu-York şəhərlərində kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair bir sıra görüşlər keçirib, müxtəlif tədbirlərdə iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Vaşinqtonda ABŞ Ticarət Palatasının Yaxın Şərq, Türkiyə və Mərkəzi Asiya üzrə vitse-prezidenti Cenifer Mil, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti Ayman El Tarabişi, ABŞ-nın Kiçik Biznes üzrə Administrasiyasının Kiçik Biznesin İnkişafı Mərkəzləri üzrə köməkçisi Brüs Purdi, Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmans, Nyu-Yorkda BMT-nin İqlim Dəyişikliyi Təsirlərin Azaldılması Departamentinin rəhbəri Ceyms Qrabert və BMT-nin Cənub-Cənub əməkdaşlıq ofisinin direktoru Dima Əl-Xatib ilə görüşlərində KOB-lar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı biznes missiyaların təşkili, sahibkarların bilik və bacarıqlarının artırılması və bu sahədə KOBİA ilə birgə addımlar, KOB-lar üçün yaşıl keçidin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə Nyu-Yorkda keçirilmiş görüşdə isə qarşıdakı illərdə KOBİA-nın qurumdakı İşgüzar Şuraya sədrliyinə dair məsələlər müzakirə olunub. Səfər zamanı KOBİA nümayəndələri Virciniyada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarla da görüşüblər.

Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyi, Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu və Dünya Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına dair görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin əlverişli biznes və investisiya mühiti, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin potensialı, KOB-ların fəaliyyəti, sahibkarlara dəstək tədbirləri və əməkdaşlıq imkanları barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Nyu-York İqlim Həftəsi çərçivəsində BMT-nin təşkilatçılığı ilə keçirilmiş “Hamı üçün hərəkətə ilham vermək: KOB-lar və təsir yaradanların iqlim liderliyinin nümayişi” mövzusunda tədbirdə KOBİA sədri KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə verə biləcəyi töhfə barədə fikirlərini bölüşüb, iştirakçıları KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün agentliyin irəli sürdüyü qlobal təşəbbüsə qoşulmağa dəvət edib.

KOBİA nümayəndələri həmçinin, ABŞ Ticarət Palatasının “COP Troika” dəyirmi masasında və Nyu-Yorkda BMT-nin Qlobal Sazişinin “Liderlər Zirvəsi 2024” tədbirində də iştirak ediblər.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin Qlobal Sazişin üzvü olduğunu qeyd edib, KOB-ların qlobal iqtisadiyyat və məşğulluqla yanaşı, ekoloji və sosial inkişafda rolu, Azərbaycanda KOB-lara göstərilən dəstək tədbirləri barədə məlumat verib, KOB-ların davamlı inkişafı üçün təşkilatın SPARK təşəbbüsünü dəstəklədiyini bildirib.

Nyu-Yorkda keçirilmiş “5-ci Xəzər Biznes Forumu”nda isə KOBİA tərəfindən Azərbaycanda biznes və investisiya imkanları, KOB-lara dəstək tədbirləri və onların yaşıl keçidə töhfəsi, ölkəmizə, xüsusilə də işğaldan azad edilmiş Qarabağa investisiya qoyuluşu imkanları barədə məlumat verilib.

Paylaş:
221

Son xəbərlər

Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTOBu gün, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib09 / 11 / 2024, 11:54
Bütün xəbərlər