Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

15:58 - 26 / 09 / 2024
Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

Sentyabrın 28-i gündüzədək bəzi rayonlarda qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər