Deputat: İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni-yeni zəfərlər qazanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni-yeni zəfərlər qazanacaq

Qafar Ağayev09:32 - 26 / 09 / 2024
Deputat: İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni-yeni zəfərlər qazanacaq

“Azərbaycanın 30 il ərzində erməni işğalı altında olan torpaqları xalqımızın birliyi və ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsi zamanı azad edildi”.

Bu fikirləri 1news.az-a açıqlamasında VII çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

“Sentyabrın 27-də Vətən müharibəsinin başlanmasından 4 il ötür. Dövlətimiz 30 il ərazində daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu həllinə çalışmışdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi. Bütün bunlar erməni tərəfinin Azərbaycana qarşı yeni-yeni təxribatlar törətməyə “həvəsləndirirdi”. Həmin təxribatlar nəticəsində hərbçilərimizlə yanaşı mülki insanlar da zərər görürdü. Bütün bunlar torpaqlarımızı öz gücümüzlə azad edilməsini qaçılmaz etdi”.

Deputat bildirib ki, 2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərmişdi.

“ Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamışdı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi”.

Millət vəkilinin sözlərinə görə, 4 il əvvəl sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Məhz bu amili nəzərə alaraq dövlətimizin başçısının müvafiq sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 Sentyabr Anım Günündə bütün xalıqmız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.

Sevinc Fətəliyeva qeyd edib ki, bu qələbə milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü nəticəsində qazanıldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Azərbaycan dövləti, Prezidentimiz İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. Əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, dəmir yumruq yerindədir.

“Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın inam və etimadı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Ötən il 19-20 sentyabrda şanlı ordumuzun Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi 24 saatlı antiterror tədbirləri də dövlətimizin gücünü göstərdi. Artıq Azərbaycanın suverenliyi tam təmin olunub. Bu yolda canını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır. Beləliklə, müstəqil Azərbaycanın tarixində yeni dövr başlayıb. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni-yeni zəfərlər qazanacaq”,- deyə deputat vurğulayıb.

Paylaş:
143

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər