Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirildi

Qafar Ağayev12:11 - 26 / 09 / 2024
Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən 34 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda tədbir keçirilib.

1news.az xəbər verir ki, çıxış edən DYP təmsilçisiləri təşkilati-hüquqi, xüsusilə təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin yollarda uşaq travmatizminin minimuma endirilməsində, eləcə də uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

Tədbir zamanı məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr etdikləri səhnəcikləri nümayiş olunub, onların sualları cavablandırılıb.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər