Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEO

12:04 - 27 / 09 / 2024
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEO

Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1news.az xəbər verir ki, qeyd olunan saatda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər