Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb

17:26 - 28 / 09 / 2024
Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğının qarşısı alınıb.

Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər