Bakı metrosunda qatar yoluna düşən kişi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda qatar yoluna düşən kişi ölüb

15:47 - 03 / 10 / 2024
Bakı metrosunda qatar yoluna düşən kişi ölüb

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “28 may” stansiyasında kişi sərnişin qatar yoluna düşüb.

Bu barədə 1news.az-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə qatar stansiyaya daxil olarkən baş verib. Maşinist dərhal qatarı saxlayıb, normativ tələblərə uyğun olaraq yüksək yoldan gərginlik duandırılıb.

Sərnişin stansiya yolundan çıxarılsa da, onun vəfat etdiyi məlum olub.

Hadisəyə görə qatarların hərəkətində 17 dəqiqə yubanma olub. Artıq hərəkət bərpa olunub.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər