Bakıda hoteldə sanitariya tələblərinin pozulduğu aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hoteldə sanitariya tələblərinin pozulduğu aşkarlanıb - FOTO

11:48 - 04 / 10 / 2024
Bakıda hoteldə sanitariya tələblərinin pozulduğu aşkarlanıb - FOTO

Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arzumanov Valeh Cahangir oğluna məxsus “Rigs” otelinin qida blokunda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

1news.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat yayıb.

Bildirilib ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, qida blokunda temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması üçün ayrıca sahələrin təşkil edilmədiyi, mətbəxdə tavanın tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, qida blokunda işlərin görülməsi (xidmətlərin göstərilməsi) dayandırılıb.

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər