Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir

14:44 - 12 / 10 / 2024
Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir

COP29 yaxınlaşdıqca Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir.

Niderland Parlamenti tərəfindən oktyabrın 10-da qəbul edilmiş sənədlər və Niderland xarici işlər nazirinin həmin sənədlərin müzakirəsi zamanı ifadə etdiyi mövqe tamamilə qəbuledilməzdir.

Bu barədə 1news.az-a Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, birincisi, bu sənədlərdə əks olunan iddialar böhtandır. Azərbaycanda saxlanılan məlum şəxslər hərbi əsirlər deyil, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanlardır. Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi hüquqa hörmətsizlikdir.

İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır. Azərbaycanın Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası da göstərdiyi kimi, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin etmişdir.

Bu və Niderland Parlamentinin Azərbaycana qarşı son dövrlər qəbul etdiyi çoxsaylı digər sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir. Azərbaycanofob siyasət yürüdən Fransa, Litva, Kanada kimi, Niderland da Ermənistan tərəfindən bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə aparılmasına, Ermənistanda yüzlərlə məscidin və digər mədəni abidələrin dağıdılmasına, eləcə də vaxtilə işğal altında olmuş ərazilərdə Azərbaycan mədəni irsinə vurulan zərərə, yüzlərlə şəhər və kəndin dağıdılmasına biganə qalmışdır.

“Nəhayət vurğulamaq istərdik ki, qanlı müstəmləkə keçmişinə malik, islamofobiyanın geniş tüğyan etdiyi, Srebrenitsa soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur.

Biz Qərbi Azərbaycan İcması olaraq, Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”, - deyə İcmadan bildirilib.

Paylaş:
199

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər