“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub

17:33 - 14 / 10 / 2024
“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub

Oktyabrın 11-də Macarıstanın Azərbaycandakı səfirliyinin və Topçubaşov Analitik Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub.

1news.az xəbər verir ki, paytaxt Bakının ev sahibliyi edəcəyi və dünyanın ən böyük tədbirlərindən biri olan COP29 ərəfəsində baş tutan bu dəyirmi masada Azərbaycan və Macarıstandan dövlət rəsmiləri və ekspertlər iştirak etmişdir.

Müzakirəni giriş sözü ilə açan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torna ölkələrimiz arasındakı artan dostluq münasibətlərindən, eyni zamanda Azərbaycanın Avropa üçün enerji sahəsindəki tərəfdaş kimi artan rolundan bəhs etmişdir.

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun moderatorluğu ilə baş tutmuş müzakirələrdə Azərbaycan tərəfdən BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qarşıdan gələn əhəmiyyətli COP29 tədbiri ilə bağlı Bakının qoyduğu məqsədlər, eyni zamanda bu məsuliyyətli missiyanın əhəmiyyətini vurğulayıb. COP29-un baş danışıqçısının müavini Samir Becanov öz çıxışında COP29 çərçivəsindəki iqlim danışıqları və Azərbaycanın xüsusilə inkişaf etməkdə olan ölkələrin davamlı inkişafı təmin etməkdən ötrü təklif etdiyi iqlim maliyyələşdirilməsi prinsipinin mahiyyətini izah edib. "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev “SOCAR”ın həm ölkə daxilində, həm də xaricdəki “yaşıl təşəbbüs”ləri, 2050-ci ilə qədər “xalis sıfır”a nail olmağı hədəfləyən strategiyasından danışıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev isə Azərbaycanın COP29 gündəliyi ilə bağlı mesajlarının dünya auditoriyasına çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Macarıstan tərəfdən çıxış edən İqlim siyasəti üzrə dövlət katibinin müavini və Macarıstanın Avropa İttifaqındakı sədrliyinin COP29 üzrə xüsusi elçisi Daniella Deli Azərbaycanın regionda davamlı inkişaf və yaşıl enerji sahəsində bir hab ölkəyə çevrilmək planlanlarını alqışlayıb. Eyni zamanda öz ölkəsinin alternativ enerji mənbələrinin inkişafındakı təcrübəsindən danışıb. Macarıstanın əsas enerji şirkəti olan “MVM”-nin Azərbaycan üzrə nümayəndəsi Yojef Qoldfart Azərbaycan və Macarıstanın irəli sürdüyü ambisiyalı layihə “Yaşıl dəhliz” ilə əlaqədar aparılan işlərə aydınlıq gətirib. Matiaş Korvinus Kolleciyinin İqlim Siyasəti institutunun direktoru Gergey Kitta və “Klaymət Əkşn” şirkətinin rəhbəri Qabor Qremşperger isə iqlim və yaşıl enerjiyə keçid kimi əhəmiyyətli mövzularda təhsil və tədqiqat institutlarının, həmçinin özəl sektorun rolundan bəhs ediblər.

Paylaş:
206

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”Bu gün, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTOBu gün, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28
Bütün xəbərlər