Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb

13:21 - 15 / 10 / 2024
Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 68 129 doğulan körpə qeydə alıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10-a düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2 252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub.

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər