Azərbaycanda “Redmi 14C” smartfonlarının satışına start verilib: dəbli dizayn, geniş displey və rəvan performans - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Redmi 14C” smartfonlarının satışına start verilib: dəbli dizayn, geniş displey və rəvan performans - FOTO

16:34 - Bu gün
Azərbaycanda “Redmi 14C” smartfonlarının satışına start verilib: dəbli dizayn, geniş displey və rəvan performans - FOTO

"Xiaomi" şirkəti Azərbaycanda "Redmi 14C" smartfonlarının satışına start verib.

Eleqant dizaynı və cəlbedici performansı özündə birləşdirməsi bu smartfonları gündəlik istifadə üçün rahat alətə çevirir. Son dərəcə nazik korpus cihaza dəbli görünüş bəxş edir, geniş displey isə yayımlara və oyunlara maraq qatır. Güclü prosessor və həcmli batareya sayəsində "Redmi 14C" sabit performansı təmin edir ki, bu da istifadəçilərə cazibədar foto və videolar yaratmaq üçün müxtəlif funksiyalara və filtrlərə malik kameranın yaradıcı potensialından tam istifadə etməyə imkan verir.

Gündəlik istifadə üçün eleqant dizayn

"Redmi 14C" müasir istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş üslubun və zərifliyin harmoniyalı ahəngidir. Smartfonun düz çərçivəyə və yuvarlaq kameraya malik 8,22 mm qalınlığında son dərəcə nazik korpusu¹ ona zərif görünüş bəxş edir və gündəlik istifadə üçün rahat alətə çevirir. Smartfon bu nəsil üçün unikal olan şüşə arxa panelli klassik versiyada, həmçinin qara və bənövşəyi rənglərdə təklif olunur. Bundan əlavə, model dəbli tutqun teksturaya malik yaşıl rəngdə, eləcə də düşən ulduz naxışlı mavi rəngdə mövcuddur. Bu rəng palitrası istifadəçilərə öz istəklərinə uyğun üslub seçməyə, bununla da gündəlik həyatlarına fərdilik qatmağa imkan verir.

Cəlbedici baxış təcrübəsi və etibarlı performans

"Redmi 14C" smartfonu elektron kitablar oxumaq, filmlər izləmək və ya oyunlar oynamaq üçün geniş baxış sahəsi təklif edən 6,88 düymlük displeyə malikdir. Bu, "Redmi" seriyasında ən böyük displey hesab olunur. Displey "TÜV Rheinland Low Blue Light" (proqram həlli) və "TÜV Rheinland Flicker Free" sertifikatlarına malikdir. "DC-Dimming" texnologiyası displeyi uzunmüddətli oxuma seansları və videozənglər üçün əla həllə çevirir. Smartfonda oxu rejimi və qaranlıq fon nəzərdə tutulub ki, bu da ekranı müxtəlif işıqlandırma şəraitlərinə uyğunlaşdırmağa imkan verir.

Smartfon 8 nüvəli "MediaTek Helio G81-Ultra" prosessoru və 5160 mAs həcmli batareya ilə təchiz edilib. Bu tandem böyük displeydən xoş istifadə təcrübəsi bəxş edir. Smartfon həmçinin 8 GB genişləndirilmiş yaddaş³ da daxil olmaqla 16 GB-dək operativ yaddaş təklif edir.

Həcmli batareya sizə gün ərzində multimediadan həzz almağa imkan verir və 22 saatadək fasiləsiz video yayımını təmin edir⁴. 18Vt gücündə sürətli şarj batareyanın şarjını qısa zamanda bərpa etməyə imkan verir.

Funksional kamera və istifadə rahatlığı

"Redmi 14C" foto və video çəkilişləri üçün cəlbedici imkanlar təklif edir. Aydın və dəqiq fotoşəkillər üçün 50MP-lik əsas kamera və zəif işıqlanma şəraitində belə çəkilişlər aparmaq üçün 13MP-lik ön kamera ilə təchiz edilmiş bu smartfon fotoşəkillərin keyfiyyətini artıran funksiyalar təklif edir.

Məsələn, "filmCamera" funksiyası foto və videoların yaradıcı tərtibatı üçün bir sıra filtrlər təqdim edir. Təbii və balanslaşdırılmış işıqlandırma yaratmaq üçün displeydən istifadə edən ön kameranın Yumşaq işıq halqası zəif işıqlandırma şəraitdə təbii işıqlandırmanı təmin edir, təkmilləşdirilmiş gözəlləşdirmə funksiyası isə hər fotoşəkildə ən gözəl cizgilərinizi qabartmağa imkan verir.

Bundan əlavə, "Redmi 14C" praktik həlləri ilə seçilir. Telefonun yan tərəfində yerləşdirilmiş barmaq izi sensoru cihazınızın kilidini tez və təhlükəsiz şəkildə açmağa imkan verir. 3,5 mm-lik qulaqlıq konnektoru müxtəlif audiocihazları qoşmağa imkan verir, səs gurluğu isə əvvəlki nəsillə müqayisədə 150%⁴ artırılıb ki, bu da hətta səs-küylü mühitlərdə belə zənglərin və bildirişlərin səs aydınlığını təmin edilir.

Qiymət və mövcud məhsullar

"Redmi 14C" smartfonlarını “Kontakt, “Baku Electronics, “Irshad və “World Telecom partnyor mağazalarında əldə edə bilərsiniz.

Redmi 14C (4/128 GB) — 319.99 AZN

Redmi 14C (8/256 GB) — 389.99 AZN

31 oktyabr 2024-cü il tarixinədək xüsusi aksiyadan yararlana bilərsiniz: smartfon alan hər kəsə "Redmi Buds 6 Play" qulaqlıqları hədiyyə!

Mövcud rənglər:

● “Midnight Black” (qara)

● “Sage Green” (yaşıl)

● “Dreamy Purple” (bənövşəyi)

● “Starry Blue” (mavi)

Paylaş:
47

Son xəbərlər

Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdürBu gün, 17:45Nəsimi rayonunda qanunsuz tikili sökülübBu gün, 17:39Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilibBu gün, 17:24Türkiyədə baş vermiş zəlzələ nəticəsində 200-ə yaxın insan yaralanıbBu gün, 17:02Azərbaycanda “Redmi 14C” smartfonlarının satışına start verilib: dəbli dizayn, geniş displey və rəvan performans - FOTOBu gün, 16:34Baş İdarə əməliyyat keçirib, 28 kq narkotik aşkarlanıbBu gün, 16:08Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü qəzaya səbəb olubBu gün, 15:46Tiktoker qeyri-etik paylaşımına görə saxlanılıbBu gün, 15:30Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib - YENİLƏNİB - FOTOBu gün, 15:10Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcəkBu gün, 14:56Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi 75 % yerinə yetirilibBu gün, 14:17Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilibBu gün, 14:03Sabahın hava proqnozuBu gün, 12:52Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötürBu gün, 12:32Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİBBu gün, 12:10FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:50Azərbaycan nefti ucuzlaşıbBu gün, 11:33DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:52AMB 16 oktyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 10:43Bakıda qazanxanada partlayış baş veribBu gün, 10:29
Bütün xəbərlər