Azərbaycanda ilk dəfə olaraq "HR Digital Connect" işgüzar görüşü keçirilib - FOTO
Oktyabrın 15-də Bakıda "Hyatt Regency" görüş və konfrans mərkəzində İnsan Resurslarının idarə edilməsi (İRİE) sahəsində rəqəmsal transformasiyalara həsr olunmuş "HR Digital Connect" işgüzar görüşü keçirilib.
Tədbirin təşəbbüskarı qismində "SAP"nin Azərbaycanda rəsmi tərəfdaşı olan "VESA" konsaltinq şirkəti çıxış edib.
Görüş İRİE texnologiyaları sahəsində bilik və təcrübə mübadiləsi məqsədilə təşkil olunub. Bu görüş İRİE rəhbərləri və ekspertlərdən ibarət artan icmanı bir araya gətirərək unikal biznes ehtiyaclarını ödəmək üçün vacib olan cari tendensiyaları və innovasiyaları müzakirə etmək imkanı yaradıb.
İclasın rəsmi açılışı "SAP"nin Azərbaycan üzrə İcraçı direktoru Anar Əliyevin və "VESA"nın Baş direktoru Muhammed Kadanın iştirakçılara müraciəti ilə başladı.
Muhammed Kadan öz müraciətində qeyd etdi: "Rəqəmsal transformasiyalar bütün dünyada şirkətlərin İRİE departamentlərinin gələcək üçün strategiyalarını inkişaf etdirmə və planlaşdırma üsullarını əsaslı şəkildə dəyişdirir. "Deloitte" şirkətinin hesabatına görə, İRİE liderlərinin 94%-i rəqəmsal transformasiyanın təşkilatlarının uğuru üçün vacib olduğunda əmindir. Rəqəmsallaşmaya bu keçid İRİE mütəxəssisləri üçün prosesləri sadələşdirmək, işçi təcrübəsini təkmilləşdirmək və daha məlumatlı qərarlar qəbul etmək üçün analitika, avtomatlaşdırma və süni intellektdən istifadə etməyə imkanlar yaradır.
"Azersun Holdinq", "PAŞA Holding" şirkətlər qrupu, "Azercell Telekom" kimi bir sıra iri şirkətlərdə qabaqcıl "SAP" texnologiyalarını uğurla tətbiq etməklə, "VESA" ildən-ilə Azərbaycanda İRİE proseslərinin rəqəmsallaşdırılması sahəsində öndə gedir. "VESA" olaraq dünyada müştərilərimizin 450 000-dən çox əməkdaşına, o cümlədən Azərbaycanda 50 000 əməkdaşa "SAP" İRİE həlləri üzrə hər gün dəstək verməkdən qürur duyuruq.
Bu ildən biz orta biznes seqmentində olan şirkətlərə də xidmətlərimizi təqdim etməyə başladıq. Misal üçün, oktyabrın 1-dən etibarən "Mətanət-A" şirkətində "SAP SuccessFactors" həllinin tətbiqinə start verildi. 2025-ci və sonrakı illərdə Azərbaycanda biznes strategiyamızın prioritet istiqamətini məhz kiçik və orta biznes seqmenti təşkil edəcək."
Tədbirin proqramı SAP İRİE həlləri üzrə ekspertlər – Fəxri Qurbanov, Venelin Todorov, Maykl Brass, Yevgeni Laptevin çıxışları və görüş iştirakçıları ilə işgüzar dialoqlarla davam edib.
Şirkətlər və həllər haqqında qısa məlumat:
2015-ci ildə qurulan "VESA" şirkəti hazırda "SAP" İRİE həlləri üzrə ixtisaslaşmış 60-dan çox konsultantdan ibarət peşəkar komandası ilə insan resurslarının idarə edilməsi üzrə informasiya sistemləri sahəsində Azərbaycan və Türkiyədə ən böyük şirkətlərdən biridir.
Baş ofisi Almaniyanın Baden-Vürtemberq əyalətinin Valdorf şəhərində yerləşən "SAP", müəssisə resurslarının planlaşdırılması ("ERP") proqram təminatı üzrə dünyanın ən böyük təchizatçısıdır. 2023-cü ilin dekabrına olan məlumata əsasən, "SAP" bazar kapitallaşmasına görə Almaniyanın ən böyük şirkətidir.
Ardıcıl olaraq səkkizinci ildir ki, "Gartner" beynəlxalq araşdırma şirkəti "SAP"ni 1000-dən çox əməkdaşı olan müəssisələr üçün İRİE həlləri üzrə lideri olaraq təsdiqləyir. 2012-ci ildən "SAP"nin mühüm tərkib hissəsi olan "SAP SuccessFactors" şirkətlərə İR əməliyyatları və əmək haqqı hesablamaları, istedadların idarə edilməsi, satış nəticələrinin idarə edilməsi, İRİE analitikası və işçi heyətinin sayının planlaşdırılması kimi biznes prosesləri vahid sistemdə birləşdirən ən əhatəli həllər toplusunu təqdim edir. Bu həllər əsas məqsədi əməkdaşların məşğulluğunu, məhsuldarlığını və səmərəliliyini artırmaq üçün İRİE departamentlərinə dəstək verməkdir.
Reklam hüququnda