Tovuzda yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb

16:24 - 18 / 10 / 2024
Tovuzda yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb

Tovuzda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova,1992-ci il təvəllüdlü Şahmar Məmmədov,1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyeva müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş:
493

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər