Metroda tüstülənmə olub və qatarların hərəkətində gecikmə olub
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında tunelində tüstülənmə başa verib.
Nəticədə qatarların hərəkəti 25 dəqiqə gecikib.
1news.az "Bakı Metropoliteni" QSC-ə istinadən xəbər verir ki, sözügedən tunel xəttində qatar maşinisti tüstülənmə müəyyən edilib: "Metropolitenin normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb. Bu barədə Fövqəladə Halllar Nazirliyinin adidiyyatı qurumuna məlumat verilib və yanğın söndürmə qrupu dəvət edilib. Nizami stansiyası sərnişinlərin girişi üçün bağlanılıb. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı bir neqativ hal yaranmayıb. Qatarların hərəkəti 25 dəqiqə sonra bərpa edilib"- açıqlamada bildirilib.
230