Zərdabda obyektlərdən oğurluq olunub, saxlanılanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda obyektlərdən oğurluq olunub, saxlanılanlar var

Qafar Ağayev10:01 - 21 / 10 / 2024
Zərdabda obyektlərdən oğurluq olunub, saxlanılanlar var

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən beş obyektdən oğurluq etməkdə şübhəli bilinən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlını saxlayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə zamanı dəstə üzvləri tərəfindən ələ keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Məlumata görə, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər