Leysan yağacaq - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan yağacaq - PROQNOZ

13:26 - Bu gün
Leysan yağacaq - PROQNOZ

Azərbaycanda oktyabrın 23-də hava şəratinin arabir yağıntılı, bəzi yerlərdə isə leysan olacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 1-4° şaxta, yüksək dağlıq ərazilərdə 6-11° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Paylaş:
56

Son xəbərlər

Subasmaya məruz qalmış tuneldən cəsəd çıxarılıbBu gün, 15:00“Moser” dünyasına qərqolma: Çexiyanın əfsanəvi emalatxanası Azərbaycanla əməkdaşlığını inkişaf etdirir - FOTOBu gün, 14:53Bakıdakı bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilibBu gün, 14:22Ölkə ərazisində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir - BİRGƏ MƏLUMATBu gün, 14:06Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunubBu gün, 13:47Leysan yağacaq - PROQNOZBu gün, 13:26Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 13:05İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanırBu gün, 12:40Yağışlı hava şəraiti məktəblərdə davamiyyətə təsir edibmi?Bu gün, 12:29DYP hava şəraiti ilə bağlı müraciət edibBu gün, 12:15Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib - FOTOBu gün, 12:01İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 11:48Bakıda bəzi yollara məhdudiyyət tətbiq edilib - FOTOBu gün, 11:22Yasamalda yaşayış evində uçqun olub - VİDEOBu gün, 11:12AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:59Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində ölübBu gün, 10:33Bakıda su basmış ərazilərdən suyun çəkilməsi davam etdirilir - YENİLƏNİBBu gün, 10:19Azərbaycan nefti bahalaşıbBu gün, 10:07Ölkəmizdə qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə intensiv leysan yağır - FAKTİKİ HAVABu gün, 10:00Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?Bu gün, 09:36
Bütün xəbərlər