Astarada oğluna ov tüfəngi ilə xəsarət yetirən ata tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada oğluna ov tüfəngi ilə xəsarət yetirən ata tutulub

16:45 - 22 / 10 / 2024
Astarada oğluna ov tüfəngi ilə xəsarət yetirən ata tutulub

Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə iki gün bundan əvvəl Astarada baş vermişdi. Sitrus bağları üstündə düşən mübahisə zəminində ata Ağaşir Hüseynov oğlu Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirmişdi.

Paylaş:
209

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər