KOBİA Sahibkarlığın İnkişafı Fondu ilə birgə yeni mexanizmin tətbiqinə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

KOBİA Sahibkarlığın İnkişafı Fondu ilə birgə yeni mexanizmin tətbiqinə başlayıb

Qafar Ağayev10:55 - 23 / 10 / 2024
KOBİA Sahibkarlığın İnkişafı Fondu ilə birgə yeni mexanizmin tətbiqinə başlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni alətlərin tətbiqi məqsədilə Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik həcmli güzəştli kreditə ehtiyacı olan sahibkarlar üçün yeni mexanizmin tətbiqinə başlayıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda keçirilən Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

O bildirib ki, bu mexanizm çərçivəsində 5,7 milyon manat təşkil edən toplam 914 bildiriş verilib.

“Bunlardan 3 milyon manat təşkil edən 514 bildiriş məhz bu ilin 9 ayı ərzində sahibkarlara təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək vermiş olacaq. Bundan əlavə, KOBİA tərəfindən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da verilir. İndiyədək 100-ə yaxın belə layihəyə 1,4 milyon manat həcmində qrant vəsaiti ayrılıb. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqsədilə KOBİA tərəfindən startap sertifikatları da təqdim olunur”, - deyə O.Məmmədov qeyd edib.

Paylaş:
119

Son xəbərlər

ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49
Bütün xəbərlər