Müasir silahlarla təchiz olunmuş gəmilər, radarlar, nəzarət kameraları - Sahil Mühafizə gəmiləri ilə dənizdə MEDİATUR | 1news.az | Xəbərlər
Reportaj

Müasir silahlarla təchiz olunmuş gəmilər, radarlar, nəzarət kameraları - Sahil Mühafizə gəmiləri ilə dənizdə MEDİATUR

Qafar Ağayev13:39 - 25 / 10 / 2024
Müasir silahlarla təchiz olunmuş gəmilər, radarlar, nəzarət kameraları - Sahil Mühafizə gəmiləri ilə dənizdə MEDİATUR

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi media nümayəndələri üçün mediatur təşkil edib.

1news.az xəbər verir ki, media nümayəndələrini Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadə qarşılayıb.

Tədbir çərçivəsində öncə xidmət ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə ziyarət edilib və abidənin önünə gül dəstələri qoyulub.

Daha sonra görüş dəyirmi masa ətrafında davam etdirilib.

General-leytenant M.Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə media nümayəndələrinə ətraflı məlumat verib.

O bildirib ki, Sahil Mühafizəsi fasiləsiz xidmət göstərir və müxtəlif hava şəraitində fəaliyyətini davam etdirir:

“Sahil Mühafizəsi beynəlxalq tədbirlərdə iştirak edir və Xəzəryanı ölkələrlə əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və dəstəyi sayəsində xidmətdə olan gəmilər müasir standartlara uyğunlaşdırılıb və hər cür dəniz şəraitində çevik müdaxilə etməyə hazırdır”.

Daha sonra media nümayəndələri DSX Sahil Mühafizəsinin Baş Komanda İdarəetmə Mərkəzini ziyarət ediblər. Burada Xəzər dənizində üzən, qaydaları pozan və ya GPS və radar sistemlərini qəsdən və ya təsadüfən pozan gəmilərlə əlaqə qurulması yolları izah edilib.

Media nümayəndələri Sahil Mühafizə müzeyini də ziyarət edib və eksponatlarla tanış olublar.

Bundan əlavə, jurnalistlər Təlim Tədris Mərkəzində olub və tədris prosesini izləyiblər. Sahil Mühafizəsinin rəisi tədris olunan fənlər, metodika və istifadə olunan avadanlıqlar barədə məlumat verib.

Daha sonra media nümayəndələri sahil mühafizə gəmiləri ilə dənizə açılıblar. Bu zaman sahil mühafizə gəmiləri açıq dənizdə müxtəlif manevrlər edərək tapşırıqları yerinə yetiriblər.

Səfərin növbəti mərhələsində "Şahdəniz" yatağındakı neft-qaz platformalarına vizual baxış keçirilib. Sahil Mühafizəsinin Xəzər dənizində Azərbaycanın neft-qaz infrastrukturunun təhlükəsizliyini yüksək səviyyədə təmin etdiyi qeyd edilib.

Səfər zamanı Sahil Mühafizəsinin müvafiq şöbəsinin rəis müavini, III dərəcəli kapitan Əliyar Məmmədzadə media nümayəndələrinə Sahil Mühafizəsinin II dərəcəli “Tufan” gəmisindən məlumat verib:

“Bu gəmi Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Zavodunda hazırlanıb və 15 dekabr 2015-ci ildə istismara verilib. Yüksək manevr qabiliyyəti və son texnologiya avadanlıqları ilə təchiz edilmiş bu gəmi üzərinə qoyulan tapşırıqları çevik və dayanıqlı şəkildə yerinə yetirmək imkanına malikdir”.

Paylaş:
704

Son xəbərlər

Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53
Bütün xəbərlər