FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində təlim keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində təlim keçirib

Qafar Ağayev16:40 - 25 / 10 / 2024
FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində təlim keçirib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində təlim keçirilib.

FHN-dən 1news.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd Kompleksdə mümkün fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, əməkdaşların fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, habelə yanğın-xilasetmə bölmələrinin fövqəladə hallara hazırlıq səviyyəsinin daha da artırılması olub.

Təlimə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq şəxsi heyət və texnikası cəlb olunub.

Tədbirin nəzəri hissəsində çıxış edən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən danışıb, FHN tərəfindən bu istiqamətdə görülən işlərdən söz açıb.

Sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktoru Qəhrəman Qələndərov bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Sonra tədbirin praktiki hissəsinə start verilib. Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərinə başlayıb.

Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Paylaş:
189

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTOBu gün, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər