Qaçıqdıqları avtomobillə oğurluq edən qardaşlar saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaçıqdıqları avtomobillə oğurluq edən qardaşlar saxlanıldı

Qafar Ağayev17:43 - 25 / 10 / 2024
Qaçıqdıqları avtomobillə oğurluq edən qardaşlar saxlanıldı

Bakının Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus mağazalardan pul, mobil telefonlar, digər qiymətli əşyalar, tütün məhsulları, habelə bir ədəd avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunanlar 39 yaşlı Ramal Cəfərov və qardaşı 38 yaşlı Sakit Cəfərov saxlanılıb. Həmin şəxslər əvvəlcə rayon ərazisində vətəndaşlardan birinə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaq istəsələr də onların bu cəhdi baş tutmayıb. Cinayət niyyətlərini davam etdirən qardaşlar daha sonra digər bir vətəndaşa məxsus “VAZ-2106” markalı avtomobili qaçıraraq ətraf ərazilərdəki mağaza və telefon dükanlarını talayıblar. Onlar maska və əlcəklə kamuflyaj olunaraq bu qanunsuz əməllər nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan nağd pul, lotereya biletləri, tütün məmulatı və müxtəlif markalı 20-dən çox mobil telefon oğurlayıblar. Bu şəxslər qaçırdıqları avtomobillə Ramana qəsəbəsi ərazisində qəza törətdikdən sonra nəqliyyat vasitəsini hadisə yerində qoyaraq oradan uzaqlaşıblar.

Cəfərov qardaşlarının talama cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Saxlanılan şəxslərdən biri R.Cəfərovun Lənkəran şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi üçün axtarışda olduğu da müəyyən olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Paylaş:
221

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTOBu gün, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər