İcma Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini sərt şəkildə qınayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İcma Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini sərt şəkildə qınayıb

Qafar Ağayev09:47 - 25 / 10 / 2024
İcma Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini sərt şəkildə qınayıb

Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz “töhfəsini” vermiş olur.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, tarixən xarici işğal, etnik təmizləmə, mədəni irsin dağıdılmasından əziyyət çəkmiş Qərbi azərbaycanlılar və bütövlükdə Azərbaycan xalqı üçün beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin təmin edilməsi böyük əhəmiyyət kəsb edir:

"Müxtəlif dövrlərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyonlarla Qərbi azərbaycanlı üçün qayıdış hüququ xüsusilə ümdə və müqəddəs vəzifə təşkil edir.Qüvvədə olan beynəlxalq konvensiyalar iştirakçı dövlətlərin üzərinə Azərbaycan xalqına qarşı törədilən sistematik hüquq pozuntuları ilə bağlı konkret öhdəlik qoysa da, onların bir çoxu, ələlxüsus qərb ölkələri, bu məsələyə biganə yanaşmışlar. Onlar nəinki bu hüquq pozuntularına göz yummuş, hətta Ermənistanı işğal və etnik təmizləmə kimi bədnam əməllərini davam etdirməyə cəsarətləndirmiş və regionda sülhün bərqərar olmasına həmişə əngəl törətmişlər".

Vurğulanıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda dayanıqlı sülh üçün perspektivlərin ortaya çıxmasından narahat olan sözügedən qüvvələr öz pozucu əməllərini daha da fəallaşdırıb:

"Daha çox parlament xətti ilə həyata keçirilən bu bədnam fəaliyyətlərdə ABŞ Konqresi, Avropa Parlamenti, Fransa, Niderland və digər dövlətlərin parlamentləri xüsusilə canfəşanlıq edirlər. Onilliklər ərzində azərbaycanlıların Ermənistan ərazisindən və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, onların qayıdışına imkan verilməməsinə, mədəni irsinin sistematik şəkildə dağıdılmasına dəstək verən həmin ikiüzlü qüvvələr bütün bu əməllərin qurbanı olmuş Azərbaycana qarşı olmazın ittihamlar irəli sürürlər".

İcmanın bəyanatında qeyd edilib ki, Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də qəbul etdiyi növbəti bədnam qətnamə bu qəbildəndir. Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz “töhfəsini” vermiş olur.

"Xatırladaq ki, 1988-ci ildə keçmiş “DQMV”-nin Ermənistan SSR-ə verilməsinə dair çağırış etmiş Avropa Parlamenti ötən müddət ərzində Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirmiş və Azərbaycan əleyhinə nifrət və böhtanla dolu, beynəlxalq hüquqa zidd onlarla sənəd qəbul etmişdir. Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşdüyü gündə Avropa Parlamenti tərəfindən belə bir sənədin qəbul edilməsi gülüncdür. Müzakirələrdə sanki bir-biri ilə yarışa çıxan, xüsusən Fransadan olan səlibçi mentalitetli deputatların fikirləri ikrah doğurur", - məlumatda vurğulanıb.

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişəni yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə “insan hüquqlarının müdafiəsi” donu geyindirmək cəhdlərini sərt şəkildə qınayıb. Həmçinin sözügedən ünsürlərin anti-Azərbaycan siyasətini, insan hüquqlarından öz siyasi gündəliklərini irəlilətmək cəhdlərini bundan sonra da ifşa etməkdə davam edəcəyini bəyan edib.

Paylaş:
130

Son xəbərlər

Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39
Bütün xəbərlər