Polis əməliyyat keçirdi, 75 min manata yaxın dələduzluqda şübhəli şəxlər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməliyyat keçirdi, 75 min manata yaxın dələduzluqda şübhəli şəxlər saxlanıldı

Qafar Ağayev13:10 - 26 / 10 / 2024
Polis əməliyyat keçirdi, 75 min manata yaxın dələduzluqda şübhəli şəxlər saxlanıldı

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər