Xalq artisti Şahlar Quliyev vəfat edib
Xalq artisti Şahlar Quliyev vəfat edib.
1news.az xəbər verir ki, bu barədə onun oğlu aktyor Nofəl Şahlaroğlu öz İnstaqram səhifəsində paylaşım edib.
Qeyd edək ki, Şahlar Quliyev 1946-cı ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rolları ifa edib. 2005-ci ildə Xalq artisti fəxri adına, sonralar isə Prezident təqaüdünə layiq görülüb.