Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev15:11 - 28 / 10 / 2024
Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.10.2024 - 27.10.2024) açıqlanıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 162 piyada əleyhinə mina, 43 tank əleyhinə mina, 2 777 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər