Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib

Qafar Ağayev10:46 - 28 / 10 / 2024
Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib

2024-cü il oktyabrın 25-də Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, Ali Məhkəmənin Cinayət kollegiyasının hakimləri, Baş Prokurorluğun nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri, alimlər və hüquqşünas ekspertlərin iştirakı ilə keçirilən iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası, bu, habelə rüşvət alma və rüşvət vermə cinayətlərinin bir-birindən, eləcə də dələduzluq və s. oxşar cinayətlərdən fərqləndirilməsi” mövzusu müzakirəyə çıxarılıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlərin araşdırılması və onlara məhkəmədə baxılması üzrə təcrübənin mövcud vəziyyəti onu göstərir ki, nüfuz alveri cinayətini səciyyələndirən obyektiv və subyektiv əlamətlər barədə vahid və düzgün hüquqi yanaşmaların formalaşdırılması məqsədilə diskussiyaların aparılmasına ciddi tələbat var.

İclasda Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nüfuz alverinin cinayət olaraq təsbit edilməsi “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Avropa Şurasının 27 yanvar 1999-cu il tarixli Konvensiyasından irəli gəldiyi üçün təcrübədə Konvensiyanın müddəalarının təfsiri və milli qanunvericiliyin normaları ilə əlaqələndirilməsi ilə bağlı sualların yarandığı qeyd olunub və bu, habelə digər problemli görünən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nüfuz alveri cinayətinin, eləcə də rüşvət almanın dələduzluqdan fərqləndirilməsi ilə də bağlı təcrübədə çətinliklərin olduğu vurğulanıb və bu problemli məsələlərin düzgün həllinə xidmət edən fikirlər söylənilib, konkret təkliflər irəli sürülüb.

İclasın sonunda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasının gedişində Cinayət Məcəlləsinin 312-1-ci maddəsi üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və irəli sürülən təkliflərin vahid hüquqtətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu qeyd olunub.

Eyni zamanda iclasda səsləndirilən təkliflərin Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması işinə töhvə verəcəyi xüsusilə diqqətə çatdırılıb.

Paylaş:
146

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər