İstanbuldan Lahora uçan təyyarə Bakıya məcburi eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbuldan Lahora uçan təyyarə Bakıya məcburi eniş edib

Qafar Ağayev09:12 - 30 / 10 / 2024
İstanbuldan Lahora uçan təyyarə Bakıya məcburi eniş edib

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş olub.

1news.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin - 01.01.1951-ci il təvəllüdlü Pakistan Respublikası vətəndaşı Parveen Nusraatın halı pisləşərək ölüb.

Təyyarə H.Əliyev Adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
198

Son xəbərlər

Bütün xəbərlər