İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb

Qafar Ağayev16:13 - 31 / 10 / 2024
İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb

Ölkəmizdə baş tutacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib. Sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır.

1news.az xəbər verir ki, İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıbSərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, əvvəlcə Azərbaycanda dövlətin ekologiya və ətraf mühitin mühafizəsinə ayırdığı diqqətdən və müvafiq olaraq bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən qərarların və sərəncamların əhəmiyyətindən danışıb.

Aparat rəhbəri, açılışı baş tutan sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib. O, qurama sənətinin qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq etdiyini, tullantı hesab olunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yarada bildiyini bildirib. Bu yanaşmanın, yalnız sənət sahəsində deyil, eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynadığını əlavə edib.

Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarını qoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar.

“Qurama Art: Zamanın vəhdəti” sərgisinin keçirilməsi 12 noyabr tarixinədək Şirvanşahlar Sarayı Kompleksində, 15-30 noyabr tarixlərində isə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda davam edəcəkdir.

Qeyd edək ki, “İçərişəhər” DTMQİ nəzdindəki “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Qurama” Mərkəzi Azərbaycan ənənələrində dərin köklərə malik qurama sənəti irsinin yenidən dirçəldilib yaşadılmasına dəstək verir. 2022-ci ildən başlayaraq, “İçərişəhər” DTMQİ-nin təşkilatçılığı ilə Milli Qurama Festivalları, 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Qurama Festivalı keçirilib.

Paylaş:
547

Son xəbərlər

OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat alətiBu gün, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00
Bütün xəbərlər