Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

09:22 - 31 / 10 / 2024
Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib.

1news.az xəbər verir ki, bu barədə millət vəkili Nigar Məmmədova özünün “Facebook” səhifəsində paylaşım edib.

Aksiyada vətəndaş cəmiyyətinin üzvləri, habelə “İstedadlı əlillər” İctimai Birliyinin üzvləri, müharibə əlilləri, o cümlədən digər həssas əhali qruplarından olan şəxslər, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Abşeron rayon təşkilatının üzvləri iştirak ediblər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyada 50-dən artıq ağac əkilib.

Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, bu cür ekoloji aksiyaların təşkili ətraf mühitin mühafizəsinə, təbiətin sağlamlaşdırılmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına kömək etmək, eyni zamanda cəmiyyətin hər bir üzvünü ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləmək məqsədi daşıyır.

Paylaş:
213

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər