Dövlət İmtahan Mərkəzində şəhid övladları ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzində şəhid övladları ilə görüş keçirilib

Qafar Ağayev12:23 - 31 / 10 / 2024
Dövlət İmtahan Mərkəzində şəhid övladları ilə görüş keçirilib

Oktyabrın 31-də Dövlət İmtahan Mərkəzi (DİM) və “YAŞAT” Fondu şəhid övladları ilə görüş təşkil edib.

1news.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərmək və onlara mənəvi dəstək olmaqdır.

Tədbirdə Bakı, Abşeron, Sumqayıt məktəblərinin IX-XI siniflərində təhsil alan 70-dən çox şəhid övladı iştirak edib.

Görüşdən əvvəl şagirdlər DİM-də yaradılmış muzeylə tanış olublar. Daha sonra Mərkəzin əməkdaşları tərəfindən iştirakçılar üçün “Psixoloji maarifləndirmə və erkən yaşda peşə seçimi haqqında” təqdimat nümayiş etdirilib. Şagirdlərə DİM tərəfindən nəşr olunan dərs vəsaitləri (test topluları, fənlər üzrə qiymətləndirmə tapşırıqları) hədiyyə edilib. Həmçinin DİM-in regional bölmələri vasitəsilə müxtəlif rayonlar üzrə 100-dən artıq şagirdə imtahana hazırlaşdıqları fənn və ixtisas qruplarına uyğun 820, respublika üzrə ümumilikdə 1370 dərs vəsaiti təqdim edilib.

DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və ordumuzun qəhrəmanlığı haqqında danışıb, həmçinin şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib. Sədr, həmçinin 2021-ci ilin sonlarından etibarən DİM və “YAŞAT” Fondu arasında imzalanmış memorandum çərçivəsində şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakı ilə Bakıda və regionlarda həyata keçirilən tədbirlər, buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərə göstərilən elmi-metodiki, həmçinin psixoloji dəstək xidmətləri haqqında məlumat verib. Məleykə Abbaszadə qeyd edib ki, bu müddət ərzində “YAŞAT” Fondunun DİM-ə təqdim etdiyi siyahıya uyğun olaraq respublikamızın əksər şəhər və rayonlarında görüşlər təşkil olunub, şəhid övladlarına və qazilərə ümumilikdə 5 mindən artıq vəsait hədiyyə edilib.

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Vətən müharibəsi iştirakçılarının təhsilinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, Dövlət İmtahan Mərkəzi ilə birlikdə görülən işlərdən danışıb.

Paylaş:
111

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər