AMB-nin Gəncə və Quba Regional Mərkəzləri, Sumqayıt Şəhər İdarəsi bağlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

AMB-nin Gəncə və Quba Regional Mərkəzləri, Sumqayıt Şəhər İdarəsi bağlanır

Qafar Ağayev12:37 - 31 / 10 / 2024
AMB-nin Gəncə və Quba Regional Mərkəzləri, Sumqayıt Şəhər İdarəsi bağlanır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində bu ilin sonunda qurumun Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar yerli bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və milli poçt operatoruna AMB-nin Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və milli poçt operatoruna isə AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 və Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcək.

Optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley-xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar AMB-nin aşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət edə bilərlər.

Bakı şəhəri:

AMB-nin inzibati binası, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27

Yevlax şəhəri:

AMB-nin Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82

Biləsuvar şəhəri:

Biləsuvar Regional Mərkəzinin inzibati binası, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B

Naxçıvan şəhəri:

Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32

Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeyd edilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə bağlı müraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılı formada, eləcə də www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə elektron qaydada AMB-yə ünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isə AMB-nin internet səhifəsində “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı, AMB-nin fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeyd olunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdə vətəndaşlara AMB-nin “966 Qaynar Xətti” vasitəsi ilə əlaqə yaradılması tövsiyə olunur.

Paylaş:
152

Son xəbərlər

Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb02 / 11 / 2024, 18:10DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib02 / 11 / 2024, 17:34Sabahdan bu yollar 3 saatlıq bağlanır!02 / 11 / 2024, 17:06Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür02 / 11 / 2024, 16:35Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA02 / 11 / 2024, 15:45Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb02 / 11 / 2024, 15:24Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür02 / 11 / 2024, 14:46Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb02 / 11 / 2024, 14:17Bakıda oğurluq edən 2 yeniyetmə saxlanılıb02 / 11 / 2024, 13:59Sabah yağış yağacaq - PROQNOZ02 / 11 / 2024, 13:36Bakıda mərkəzi küçədə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub02 / 11 / 2024, 13:13COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ02 / 11 / 2024, 12:56Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib02 / 11 / 2024, 12:43İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb02 / 11 / 2024, 12:25Azərbaycan nefti cüzi bahalaşıb02 / 11 / 2024, 12:01Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub02 / 11 / 2024, 11:41FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib02 / 11 / 2024, 11:17Azərbaycan XİN Serbiyaya başsağlığı verib02 / 11 / 2024, 10:52COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib02 / 11 / 2024, 10:32İki yeniyetmə itkin düşüb02 / 11 / 2024, 10:19
Bütün xəbərlər