Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO
Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən verilən məlumata görə kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib.
Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən 1news.az-a verilən məlumata görə, bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.