Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir

Qafar Ağayev15:25 - 06 / 11 / 2024
Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ölkənin turizm potensialını nümayiş etdirmək məqsədilə yerli turizm tərəfdaşları ilə birlikdə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı (WTM London 2024) beynəlxalq turizm sərgisində iştirak edir.

1news.az agentliyə istinadən xəbər verir ki, milli stenddə ölkəni “Azərbaycan Hava Yolları” və “Şahdağ Turizm Mərkəzi" QSC-lərlə ilə birlikdə ümumilikdə 10 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Sərgi zamanı ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və ekoturizm imkanları, eləcə də qış turizmi barədə geniş məlumat təqdim edilir.

Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq üçün interaktiv təcrübələr təqdim olunur. Stenddə qonaqlar Azərbaycan şərablarının və milli şirniyyatların dadına baxa, eləcə də VR (virtual reallıq) eynəkləri vasitəsilə ölkəmizin gözoxşayan mənzərələrinə virtual səyahət edə bilərlər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov milli stendə baş çəkərək sərginin gedişatı və nümayiş olunan turizm məhsulları ilə tanış olub.

WTM sərgisi 1980-ci ildən keçirilir, dünyanın hər yerindən turizm idarəetmə qurumlarını və turizm sənayesi nümayəndələrini bir araya gətirir. Noyabrın 7-nə qədər davam edəcək tədbirə 182 ölkədən 5 min sərgi iştirakçısının və turizm sənayesinin 51 mindən çox nümayəndəsinin qatılacağı planlaşdırılır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən Böyük Britaniya vətəndaşlarının sayı 20 973 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % artımdır.

Paylaş:
146

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14Nizami rayonunda sexdə yanğın olub - FOTO - VİDEOBu gün, 09:10Bakının bəzi yollarında sıxlıq var – SİYAHIBu gün, 09:09Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTO08 / 12 / 2024, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41
Bütün xəbərlər