“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Qafar Ağayev16:52 - 06 / 11 / 2024
“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

COP29 tədbiri ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi konfrans keçirilən dövrdə təbii qaz təchizatı ilə bağlı xidmətin yüksək səviyyədə təşkilinin təmin edilməsi, bu istiqamətdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.

1news.az bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Bildirilib ki, sessiya keçirilməsi planlaşdırılan ərazilərdə yerləşən istilik qazanxanalarının və digər obyektlərin qaz təchizatının fasiləsiz, təhlükəsiz təmin edilməsi, yeraltı və yerüstü qaz xətlərinə, eləcə də qaz avadanlıqlarına nəzarətin gücləndirilməsi məqsədi ilə cari ayın 1-dən etibarən ayın sonunadək "Azəriqaz"ın İdarəetmə aparatında, Bakı Regional Qazın İstismarı və Bakı Regional Qazın Satışı Departamentlərində, habelə Regional qaz istismarı İdarələrində və Sumqayıt qaz istismarı Sahəsində rəhbər və məsul işçilərdən ibarət növbətçilik təşkil edilib.

Sessiya keçiriləcək müddətdə qaz şəbəkəsində qazın təzyiqinin sutkalıq rejimin tələbatına uyğun saxlanılması, mənzillərdə və ictimai-iaşə obyektlərində qaz xətlərinə, qaz avadanlıqlarına növbədənkənar texniki baxışların keçirilməsi üçün gücləndirilmiş iş rejimində tədbirlərin görülməsi təmin edilir.

Paylaş:
152

Son xəbərlər

Bakının bəzi yollarında sıxlıq var – SİYAHIBu gün, 09:09Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTO08 / 12 / 2024, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23
Bütün xəbərlər