Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb

Qafar Ağayev17:20 - 06 / 11 / 2024
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) əməliyyat keçirib, narkotik aşkarlanıb.

Bu barədə 1news.az-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər