Nigar Məmmədova: “Azərbaycanın ümumi və inklüziv strategiyası TDT tərəfindən də dəstəklənir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Məmmədova: “Azərbaycanın ümumi və inklüziv strategiyası TDT tərəfindən də dəstəklənir”

13:22 - 07 / 11 / 2024
Nigar Məmmədova: “Azərbaycanın ümumi və inklüziv strategiyası TDT tərəfindən də dəstəklənir”

“Türk dünyasının gücləndirilməsi Türk Dövlətləri Təşkilatı dövlət başçılarının Bişkekdə keçirilən 11-ci zirvə görüşünün də əsas mövzusu oldu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

“Ümumiyyətlə, son 15 ildə uğurlu inkişaf yolu keçən TDT çərçivəsində keçirilən bütün toplantılarda vacib qərarlar verilir və təşkilat üçün yeni uğurlu mərhələ başlayır. Bu mənada Azərbaycanın təşəbbüsü ilə cari ilin iyulunda Türk dünyasının mədəniyyət paytaxtında keçirilən Şuşa zirvəsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, Şuşada qəbul edilən Qarabağ Bəyannaməsi Bişkek zirvəsində də alqışlandı. Təşkilatın tarixində ən ali sənədlərdən hesab olunan “Qarabağ Bəyannaməsi” türk dövlətlərinin strateji tərəfdaşlığının daha da gücləndirilməsi və kollektiv strategiyanın formalaşdırılmasını təmin edəcək”.

“Türk Dövlətləri Təşkilatının beynəlxalq məsələlərdə rolunun artmasında Azərbaycanın xüsusi rolu var” – deyə N.Məmmədova əlavə edib:

“Yeri gəlmişkən, Türk dünyasının əsas aparıcı ölkəsi olan Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etməsi TDT-nin də beynəlxalq nüfuzuna təsir göstərir. Təsadüfi deyil ki, ölkəmizin COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etməsi təşkilat üzvləri tərəfindən də dəstəklənir. Sədrliyin ambisiyaların gücləndirilməsi, eləcə də ümumi və inklüziv strategiyasına dəstək ifadə olunur. Prezident İlham Əliyev də öz növbəsində TDT üzvlərinin COP29-da fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.

Bişkek zirvəsində məlum oldu ki, regionda və dünyada artan təhlükəsizlik riskləri fonunda mümkün müdaxilələr də nəzərə alınaraq müvafiq qurumlar arasında əməkdaşlıq daha da dərinləşdiriləcək.

TDT-də eyni zamanda Əfqanıstan üzrə də İşçi Qrupun yaradılması üzv dövlətlərin hansısa ölkəyə münasibətdə vahid yanaşma nümayiş etdirməsi deməkdir.

Bununla yanaşı, TDT-nin coğrafiyası da genişlənməkdədir. TDT və Afrika İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, son 15 illik fəaliyyətə nəzər salanda TDT-nin mövqelərinin gücləndiyini, XXI əsrin Türk dünyasının inkişafı əsri olması ilə bağlı perspektivlərin ilbəil artığını söyləmək mümkündür”.

Paylaş:
151

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər