“Sualtı hücum xüsusi təyinatlı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sualtı hücum xüsusi təyinatlı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO

Qafar Ağayev17:20 - 07 / 11 / 2024
“Sualtı hücum xüsusi təyinatlı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO

Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində “Sualtı hücum xüsusi təyinatlı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbirdə iştirak edən birinci dərəcəli kapitan Teymur Mürşüdov kursu müvəffəqiyyətlə bitirənləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel çıxış edərək peşəkar təlimatçıların da cəlb olunması ilə keçirilən kursun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulduqdan sonra kursantlara sertifikatlar təqdim olunub.
Kursda fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, döş nişanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Paylaş:
128

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər