“Azərikard” MMC ISO 27001:2022 Sertifikatını əldə edərək elektron ticarət xidmətləri üçün təhlükəsizlik və etibarı gücləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərikard” MMC ISO 27001:2022 Sertifikatını əldə edərək elektron ticarət xidmətləri üçün təhlükəsizlik və etibarı gücləndirir

Qafar Ağayev09:36 - 07 / 11 / 2024
“Azərikard” MMC ISO 27001:2022 Sertifikatını əldə edərək elektron ticarət xidmətləri üçün təhlükəsizlik və etibarı gücləndirir

Kart prosessinq və ödəniş həllərində lider olan “Azərikard”, məlumat təhlükəsizliyinin idarə edilməsi üzrə ISO 27001:2022 sertifikatını əldə etdiyini elan edir.

ISO 27001:2022 beynəlxalq standartı təşkilatların Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemlərini (MTİS) qurma, tətbiq etmə və davamlı təkmilləşdirmə üzrə ən yaxşı təcrübələri əhatə edir. Bu sertifikat “Azərikard”-ın həssas məlumatların idarə edilməsi və qorunması sahəsində ciddi təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyir və müştərilərə təhlükəsiz və etibarlı elektron ticarət xidmətləri təqdim etməyə imkan yaradır. Şirkətin məlumat təhlükəsizliyinə sadiqliyinin bir hissəsi kimi, müştərilər kiber təhdidlərə və məlumat sızıntılarına qarşı daha yüksək səviyyədə qorunmadan faydalanacaqlar, bu da potensial riskləri azaltmağa və onların elektron ticarət fəaliyyətlərində etibarı artırmağa kömək edəcək.

ISO 27001:2022 sertifikatının alınması üçün müstəqil auditor tərəfindən şirkətin təhlükəsizlik siyasətləri, risk idarəetmə və nəzarət mexanizmləri hərtərəfli yoxlanılıb. Bu nailiyyət “Azərikard”-ın təhlükəsizlik sahəsində qabaqcıl və etibarlı bir tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Reklam hüququnda

Paylaş:
194

Son xəbərlər

Mərkəzi Bankda yeni - TəyinatlarBu gün, 17:54Əli Əsədov İƏİT İşçi Qrupunun sədri ilə görüşübBu gün, 17:49Sabirabadda avtomobil piyadanı vuraraq öldürübBu gün, 17:36Naxçıvanda komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 17:15XİN Taylandın Milli Gününü təbrik edibBu gün, 16:53Hüseyn Cavidin anım günüdürBu gün, 16:36Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyibBu gün, 16:09Romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkarBu gün, 15:52Mərkəzi Nəbatət Bağı bu gündən qapılarını əhalinin üzünə açıbBu gün, 15:33İlber Ortaylı xəstəxanaya yerləşdirilibBu gün, 15:15Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMANBu gün, 14:53Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər - SİYAHIBu gün, 14:38Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 14:34Leysan yağacaq - HAVA PROQNOZUBu gün, 13:19Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıbBu gün, 13:16Bu ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 12:51Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaqBu gün, 12:42Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıbBu gün, 12:21Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıbBu gün, 11:57FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:32
Bütün xəbərlər